XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Mahir Qabiloğlu : - GECƏ "QONAQLARI"
Maraqli 09:08 / 25.03.2022
İsa Hüseynov və Qabil Hüsü Hacıyev küçəsindəki evin 5-ci mərtəbəsində şərikli yaşayırlarmış. Yəni, dörd otaqdan ikisi İsaya, ikisi də Qabilə məxsusmuş. İsa müəllim adətincə gecələr işləyərmiş. Yəni ki, heç vaxt gecələr yatmırmış. Günlərin bir günü Qabil deyir ki, "İsa, sən Allah gecələr yat, gündüz işlə”. Bir "mən ölüm” də vurur. İsa da razılaşır. Adətincə gecə yazmaq əvəzinə yatır. Bir də görürlər ki, gecə saat birin yarısında qapı bərkdən döyülür. Səsə ilk olaraq Qabil çıxır. Qapını açır. Görür ki, Süleyman Rüstəm qabaqda, arxada da şair İskəndər Çoşğun. Əlində də iki butulka araq və bağlama.
– Salam, Qabil. Restoranda yeyib-içirdik. Dedim ki, gedək Qabilgildə davam etdirək. İsa da bilirik ki, gecələr yatmır. İki araq götürdük, bir də çörək arası kabab.
– Xoş gəlmisiz, Süleyman müəllim. Keçin içəri.
Qonaqları otağa keçirən Qabil gəlib İsa Hüseynovun yataq otağının qapısını döyür:
– İsa, ay İsa. Dur ayağa. Sənə gecələr yatmaq yaraşmır.


6508 oxunub

InvestAZ