XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



BÜTLƏR YARATMAQ ƏDƏBİ DEİZMİ BƏSLƏYİR- KƏRAMƏT
Maraqli 09:48 / 24.03.2022
BÜTLƏR YARATMAQ ƏDƏBİ DEİZMİ BƏSLƏYİR
-Öz əhvali-ruhiyyəmi yaşaya bilmirəm. Yaşadığım binanın eyni məsafəli əks tərəfində Kilsə, Came var; kilsə zəngləri, gündə beş dəfə əzan səsi özgürlüyümü əlimdən alır.
(Frank-Furtda yaşayan Türkiyə doğumlu rəssam bir gənc qız danışır, mən də onu anlayaraq qulaq asıram)
Ədəbiyyatda da qarşımıza həmişə bütlər qoydular- biət et, belə yaz, onda mükafat alarsan, əks təqdirdə ədəbi kafir, arzuolunmaz,qeyri-milli elan olunarsan.. Fərqli yazmaqla anormaliyanı qarışdırmayaq. Məntiqin, özündən öncə qazanılan bəşər təcrübəsini irəli ararmaqdı, düşüncə təkanıdı,təkamülüdü fərqlilik.
İmperiyalarda başqa bədi şəkil, intonasiya, fərqlilik təhlükə kimi qavranılır.
İMPERİYALAR ÇOXALLAHLILIQDAN TƏKALLALILIĞA KEÇMƏKDİ, HƏM DƏ.
Ona görə uzun illər bir ədəbi kult müqəddəslik, toxunalmazlıq qazanır. Ehyamla olsa belə toxuna bilməzsən. Totalitarizm öz şair-yazıçı obrazını yaradır və onu əldən buraxmır. Buna tarixən ən yaxın nümunə Səməd Vurğundur. Bu tarixi böyük şairi bütündən inkar qeyri-filoloji araşdırma, söymək də əxlaqsızlıqsa, büt-ə çevirmək də zərəlidi. Çünki keçmişi bugün, gələcək kimi yaşamaq olmaz. Hər bir hadisəni, DAHİni tarixi gerçəklikdən ayırıb dəyərləndirmək doğru nəticə verməz. Eyni intonasiyalı, sabit ritmli, düşüncəli dünya geridə qalmış, onun yerini təsəvvür belə etmədiyimiz qarışıq düşüncə, ruh halı,sürətlə dəyişən kəşflər tutmuşdur.
Axar sulardan bir dəfə keçilir, həyat-ədəbiyyat da elə.
Rafail Həbiboğlu, Aida Adıgözəl və başqa 7 nəfər


2611 oxunub

InvestAZ