XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



34 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
Sağlamlıq 20:46 / 22.03.2022
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisəs.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 791 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 202 nəfər müalicə olunaraq sağalıb, 9 666 nəfər vəfat edib. 677 nəfər aktiv xəstə sayını təşkil edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 741, bu günə qədər isə ümumilikdə 6 671 287 test icra olunub.

5398 oxunub

InvestAZ