XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Zakir Həsənovun Pakistana rəsmi səfəri başlayıb
SİYASƏT 13:34 / 21.03.2022
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın "Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.

5511 oxunub

InvestAZ