Baxırsan, gül kimi ağacdı..nə ağacıdı?
Alma, pomidor, qoz, xiyar yetişdirir...bağışlayın, bundan harda tapmaq olar?-Bizdə bütün ağaclar belə barlı-bəhərlidi.
Baxırsan, gül kimi adamdı..arvad-uşağı, vəzifəsi, hörməti-izzəti..
Soruşursan ki, bu hamının hörmət etdiyi kişi-qadın nə işə baxır?
-Hər şey!
az qala peşiman olasan,-Bağışlaye.. yəni nə iş görür bu kişi-xanım-hər şey...Bax , astroloqdu, genikoloqdu, fəlsəfə doktorudu, tərcüməçidi hər dildən, biznesi də var, əlində şəfa var, ssenaristdi, şair-müğənnidi, deputatlığa hazırlaşır.
Belə adam-ağac tipi ancaq bizim yerdə yetişər-özü də kütləvi.
Nə qədər çox bilmədiyin işlə məşğulsansa, daha çox qəbul görərsən. Nə qədər çox sarsaq, əqli- ruhi çatışmazlığın varsa, o qədər irəli çəkilirsən. Artıq heç nəsən.
Bu HƏRŞEY-HEÇNƏ tək-tük qalan müxtəlif sahədəki mütəxəssisə dərs deyir. Bir az güləkmi?
Kəndimizdə bir İlyas kişi vardı, alman əsirliyində olmuşdu, baməzə söhbətləriylə hamının sevimlisiydi rəhmətlik. Bir dəfə necə oldusa, otlaq yerinə, çəmənliyə bir vertolyot endi, hərə bir mülahizə yürüdəndə, İlyas kişi-Xarab olub deməyin, indi Məmiylə Abı otverkalarını alıb gedəcəklər ki, biz düzəldərik.
Məmi, Abı kombayn düzəldirdilər. Sən demə, dünən İlyas kişinin su nasosunu düzəltmək yerinə bir az da xarab eləyiblər. Allah ruhlarını güldürsün.