Ukrayna Türkiyənin mümkün təhlükəsizlik təminatçıları sırasına daxil edilməsinin tərəfdarıdır.
Yenisəs.azxəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Lvovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlardan sonra deyib.
Çavuşoğlu qeyd edib ki, Rusiya da Türkiyənin təhlükəsizlik təminatçısı olmasına etiraz etmir:
"Bu müharibədə axan qanı tez bir zamanda dayandırmaq lazımdır. Türkiyə rəhbərliyi bu istiqamətdə fəal səylər göstərir”.(axar.az)