XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



DİN-dən dayanacaqlarda şüşələrə müxtəlif işarələr yazılması barədə – Açıqlama/Foto
HÜQUQ 17:06 / 17.03.2022

Sumqayıtda avtobus dayanacaqlarının şüşələrinə müxtəlif işarələr yazan iki azyaşlı olub.

Yenisəs.az bildirir ki, bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sumqayıt şəhər Polis İdarəsinə şəhər sakinlərindən avtobus dayanacaqlarında şəhərin estetik görünüşünə xələl gətirən, anlaşılmayan müxtəlif işarələrin yazılması barədə müraciətlər daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dayanacaqların şüşələrinə işarələr yazan şəhər sakinləri yetkinlik yaşına çatmayan U.Salmanov və E.Yusifov (ad soyad şərtidir) müəyyən edilərək valideynlərinin iştirakı ilə polis idarəsinə dəvət ediliblər. Onlar valideynlərinin iştirakı ilə dindirilərkən törətdikləri əməli etiraf ediblər.

Polis İdarəsində qeyd edilən əməli törədən azyaşlılarla və onların valideynləri ilə profilaktik söhbətlər aparılıb və bir daha belə hərəkətlərə yol verməməyin vacibliyi onların diqqətinə çatdırılıb.


5984 oxunub

InvestAZ