XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Şeyx Rusiyanın Ukraynaya hücumunu Quranla əsaslandırdı
SİYASƏT 11:50 / 17.03.2022

Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin sədri, Müftilər Şurasının rəhbəri Şeyx Ravil Qaynuddin müsəlmanlara çağırış edib.

Yenisəs.az Teleqraf.com-a istinadən  xəbər verir ki, din adamı müsəlmanları Rusiyaya dəstək verməyə çağırıb.

Şeyx Qaynuddin Rusiyanın Ukraynaya hücumunu Quranın ayələri ilə əsaslandırıb və müsəlmanların Rusiyanın yanında dayanmalı olduqlarını bildirib.

Rusiyadakı bütün müsəlmanların digər ölkələrdəki mömin qardaşları ilə birlik və ünsiyyəti gücləndirmələrini istəyən Qaynuddin deyib:

"Rusiyanı müdafiə etmək, dünyanın birləşmə və ümumilikdə müsəlmanların, xüsusən də Rusiya müsəlmanlarının nüfuzuna xələl gətirmək cəhdlərinə qarşı dayanmaq deməkdir”.



5641 oxunub

InvestAZ