XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Gürcüstan: Rusiyadan deyil, Azərbaycandan asılıyıq!
SİYASƏT 09:23 / 17.03.2022

2021-ci ildə Gürcüstanda Rusiya qazının payı ümumi idxalın 15%-ni, elektrik enerjisinin isə müvafiq olaraq 7%-ni təşkil edib. Ölkə Rusiyadan asılı deyil.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Komissiyasının (GNERC) rəhbəri David Narmaniya deyib.

"Uzun illərdir ki, Rusiyadan təbii qaz idxalı 10%-i ötmür. Təbii qazın 90%-ə qədərini Azərbaycandan alırıq. Ölkəmizin yerləşdiyi coğrafi mövqeyə görə, başqa mənbəmiz (qaz - red.) və qonşularımız yoxdur", - Narmaniya bildirib.


5565 oxunub

InvestAZ