XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022



Şahin Seyidzadə ərizəsini yazdı
HÜQUQ 15:02 / 16.03.2022

Milli Məclisin deputatı Şahin Seyidzadənin mandatından imtina ilə bağlı ərizəsi Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilib.

Yenisəs.az bildirir ki, bu barədə Report-a Milli Məclisdəki mənbə məlumat verib.

Qeyd edək ki, bu il martın 3-də Şahin Kamil oğlu Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.


5485 oxunub

InvestAZ