XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Putin Zelenski ilə görüşə razılıq verdi
SİYASƏT 19:27 / 13.03.2022

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib.

Yenisəs.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

"Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili üçün səy göstəririk. Putin bizim prezidentimizlə telefon danışığı zamanı belə görüşün əleyhinə olmadığını deyib. Ukrayna tərəfi də hazırdır. Tərəflər arasında Belarusda texniki danışıqlar aparılır. Digər tərəfdən başqa kanalların da belə cəhdləri var, biz bunu dəstəkləyirik”, - deyə XİN rəhbəri vurğulayıb.


6704 oxunub

InvestAZ