XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



“Diplomatiyada yeniliyə ehtiyac var” - Çavuşoğlu
SİYASƏT 16:11 / 11.03.2022

"Dünyada bərabərsizlik artır, biz bunu aydın görürük”.

 Yenisəs.az  xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu Anlatya Diplomatiya Forumunun açılışında deyib.

 "Bəziləri hələ idarəçilik forması qurmaq niyyətindədir. Amma yeni dilə, yeni anlayışlara ehtiyac var.  Bu yolda diplomatiyada da yeniliyə ehtiyac var”, - deyən XİN başçısı vurğulayıb ki, Antalya Diplomatiya Forumu yeni imkanlar yaradacaq.

 "Hər sahə bu forumda birləşir. Burada Cənubi Qafqazı, Asiyanı, əsas da Ukraynanı müzakirə edəcəyik. Hamıya uğurlar diləyirəm",-deyə Çavuşoğlu qeyd edib.

 Qeyd edək ki, bu gün Antalya Diplomatiya Forumu işə başlayıb.


2577 oxunub

InvestAZ