XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Rusiyanın atəşkəs üçün Ukraynaya 6 şərti
SİYASƏT 08:30 / 11.03.2022

Rusiya müharibənin dayandırılması üçün Ukraynaya 6 şərtin dərhal icrasını tələb edir.

 Bu barədə Ukrayna mediası diplomatik mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, bu şərtlərdən 5-nin Ukrayna Konstitusiyası ilə gücləndirilməsi də tələb edilir.

Tələblər isə bunlardır:

1. NATO-dan imtina və neytral statusun elan edilməsi.

2. Rus dili – ikinci dövlət dili olmalıdır. Rus dilinin məhdudlaşdırılması ilə bağlı bütün qanunlar ləğv edilməlidir.

3. Krım Rusiyanın ərazisi kimi tanınmalıdır.

4. Luqansk və Donetsk "xalq respublikaları”nın müstəqilliyi tanınmalıdır və onların ərazisi tam şəkildə qəbul edilməlidir. Əvvəllər Donbasın Ukraynanın nəzarətində olan hissəsindən də Kiyev imtina etməlidir.

5. "Denasifikasiya”. Ultra-millətçilərin, nasist və neonasist partiya və ictimai təşkilatların fəaliyyəti qadağan olunmalı, nasist və neonasistlərin qərhəmanlaşdırılması barədə mövcud qanunlar ləğv edilməlidir.

6. Ukraynanın demilitarizasiyası. Hücum silahlarından tam imtina edilməlidir.(axar.az)


2769 oxunub

InvestAZ