Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqların üçüncü raunduna vertolyotla gəlib. 

Yenisəs.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl, bir qədər öncə Rusiya Federasiyasının nümayəndə heyəti danışıqların keçiriləcəyi yerə gəlib.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında danışıqların ilk raundu fevralın 28-də keçirilib, görüş təxminən beş saat davam edib. İkincisi isə martın 3-də baş tutub.

xxx

13:21

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunu aparmaq üçün yola düşüb.

Bu barədə "Sputnik Belarus” məlumat yayıb.

xxx

09:25

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun bu gün baş tutacağı gözlənilir.

Yenisəs.azxəbər verir ki, Ukrayna nümayəndə heyətinin üzvü, hakim "Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Ukraynanın "Strana” nəşrinə verdiyi məlumata görə, üçüncü tur əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək.

Araxamiyanın sözlərinə görə, danışıqlar Belovejskdə - Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Müzakirələrin faktiki olaraq martın 7-də baş tuta biləcəyini Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Sluski də təsdiqləyib.