XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Ermənilər Goranboyu ATƏŞƏ TUTDU
Gündəm 10:59 / 05.03.2022

Martın 5-i saat 00:40-dan 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən Yenisəs .az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.


3437 oxunub

InvestAZ