XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub - 15 nəfər ölüb
Sağlamlıq 19:45 / 04.03.2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 1 185 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Yenisəs.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 788 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 772 715 nəfər müalicə olunaraq sağalıb, 9 488 nəfər vəfat edib. 6 322 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 829, bu günə qədər isə ümumilikdə 6 585 992 test icra olunub.


3501 oxunub

InvestAZ