XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Lukaşenko Rusiyanın Ukraynadakı addımlarını dəstəkləyib - YENİLƏNİB
SİYASƏT 16:17 / 04.03.2022

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı hərbi əməliyyatların gedişini müzakirə edib, onun hədəflərinin sona qədər yerinə yetiriləcəyini söyləyib.

Yenisəs.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Lukaşenko Rusiyanın addımlarına dəstək ifadə edib, tərəflər Rusiya-Ukrayna danışıqlarını da müzakirə edib”, - açıqlamada deyilib.

***

14:28

Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Yenisəs.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, telefon danışığında dövlət başçıları Ukraynadakı vəziyyəti və Rusiyaya qarşı tətbiq edilən sanksiyaları müzakirə ediblər.


2971 oxunub

InvestAZ