XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Duma sərt qanunlar qəbul etdi
DÜNYA 12:42 / 04.03.2022
Rusiyanın Dövlət Duması üçüncü oxunuşda Rusiya hərbi qüvvələrini aşağılayan feyk xəbərlərin yayılmasına  və Rusiyaya qarşı sanksiyaların tədbiq olunmasına çağrışlarla bağlı cinayət məsuliyyətinə cəlb olunma və ya külli miqdarda cərimə olunmalarla bağlı Qanun qəbul edib.
 
Bununla bağlı Rusiya cinayət məcəlləsində və prosessual kodeksdə dəyişikliklər edilib. 
  
Qəbul olunan qanuna görə, feyk məlumatların ağırlıq dərəcəsinə görə, 15 ilədək cinayət məsuliyyəti nəzərdə tutulub.
 
Rusiyanın hərbi qüvvələrinə qarşı bilərəkdən yalan məlumatların yayılmasına görə, 700 min rubldan 1 milyon 500 min rubladək, və ya ittiham olunanın 18 aylıq qazancı miqdarında; və ya bir illik islah işləri ilə; və ya üç illik məcburi əməyə cəlb olunmaqla; və ya həmin müddətlərə azadlıqdan məhrum etmə  ilə cəzalandırılacaq.
 
Əgər cinayyət şəxsin öz xidməti borcunun yerinə yetirilməsindən istifadə etməklə, və ya bir qurup şəxs tərəfindən əvvəlcədən əlbir olub törədilməklə; siyasi, ideoloji, irqi və ya dini baxışlara görə və s. törədilərsə, qanunda daha ağır cəzalar nəzərdə tutulub.
  
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, "hazlrda Ukraynada döyüşən hərbiçilərlə bağll kütləvi feyk xəbərlər yayılır. İdarəmizin məlumatına görə, bu xəbərlərin yayılmasında xarici ölkələrin xüsusi xidmət orqanları da fəal iştirak edir.
"- deyə Zaxarova bildirib.
3157 oxunub

InvestAZ