XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022



Rusiya : - Əcnəbi muzdlular hərbi əsirlər sayılmayacaq
DÜNYA 08:35 / 04.03.2022

Ukrayna millətçilərinin əsas qrupları mühasirəyə alınıb və məhv edilib.

Yenisəs.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

"Diqqətinizi ona yönəldirik ki, Rusiya Silahlı Qüvvələri tərəfindən ukraynalı millətçilərin əsas qruplarının mühasirəyə alınması və məhv edilməsi fonunda Qərb ölkələri özəl hərbi şirkətlərlə müqaviləli hərbçilərin döyüş bölgələrinə göndərilməsini artırıb”, - o bildirib.

Rusiya MN rəsmisi vurğulayıb ki, bəzi ölkələr öz vətəndaşlarına Ukraynadakı döyüşlərdə iştirak etməyə rəsmən icazə veriblər.

O, bu addımları adekvat saymayıb, əcnəbi muzdluların hərbi əsirlər sayılmayacağı xəbərdarlığını edib və məzdluları döyüşməyə qərar verərkən "yaxşıca düşünməyə" səsləyib.

Qeyd edək ki, Ukrayna tərəfdə artıq əcnəbi legionlar da döyüşür.


3380 oxunub

InvestAZ