XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



İlhami Cəfərsoy : - UKRAYNA ATAMANLAR ölkəsi
Maraqli 08:31 / 04.03.2022
Ukrayna dövlət başçıları rus işğalına qədər Ataman titulu daşıyırdılar. Atamanlar xalq yığıncağında seçilir, ölkənin hərbi və siyasi rəhbəri olurdular. Don və Dnepr kazaklarının atamandan başqa azman, kasaman titullu hərbi rəhbərləri olurdu. Onların birinin adı Sarık, yəni Sarı Azman idi. O, rus ordusunu məğlub etmiş, Azov qalasını özünün iqamətgahına çevirmişdi. Azman, ataman, kasaman qədim türk titullarıdır. Kasaman titullu alp igidlər Azərbaycanda da yaşayırdılar. Onların kəndi indi Kəsəmən adlanır. Kəsəmən kasa sahibi deməkdir. onlar kəmərlərində qızıl kasa gəzdirərdilər. Arxaik inanca görə qızıl kasanı göylərdən igidlərə Tanrı göndərirdi. Tanrı haqq verirdi ki, atamanlar, azmanlar, kasamanlar hökmran olsunlar. Qızıl kasalarda şərbət, şərab içsinlər. Ukrayna kazakları bizim qan qardaşlarımızdır. Xristianlığı qəbul edənə qədər Kiyev knyazları dövlət sənədlərini qədim türk və yevrey əlifbaları ilə yazdırırdılar. Belə sənədlərdən biri Misirdən tapılmışdır. Ruslar Ukraynanı işğal edəndən sonra bütün tarixi rütbələri onların əlindən aldılar. Ataman seçkisinə qadağa qoydular. Ukraynalı qardaşlarımız dillərini unutsalar da, öz milli kimliklərini unutmadılar. Onlar bu xislət ilə bizə göstərirlər ki, Xocalını, Kosaları ruslardan azad edə bilərsiniz.
2923 oxunub

InvestAZ