XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Zelenskidən Putinə: “Sən çar, kral, fürer deyilsən...”
DÜNYA 21:32 / 03.03.2022

"Rusiya belə davam etsə, bu, bizim üçün dünyanın sonu gəlib deməkdir. Onlarla mədəniyyət arasındakı sərhəd bizik”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, sıravi rusiyalılara bir şey demir:

"Rəhbərlərinə etiraz edə bilmirlər. İnsanlar mənə etiraz edirlər. Bir şeydən məmnun olmayanda qapıma gəlib aksiya keçirirlər. Bu, çox normaldır. Çünki onlar məni seçdi. Mən onlar üçün əlçatan olmalıyam.

Sən çar deyilsən, sən kral deyilsən, insanlar səni seçib. Sən ölkəni təmsil edirsən. Sən bir tiran deyilsən, fürer deyilsən. Sən idarəçisən, idarə etmək üçün oradasan”.


3882 oxunub

InvestAZ