XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Ukraynada 2 mindən çox dinc sakin ÖLDÜRÜLDÜ
DÜNYA 19:57 / 02.03.2022

Rusiya ordusunun Ukraynaya hücumu nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.

Yenisəs.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, 10 xilasedici öz tapşırıqlarını yerinə yetirərkən həlak olub, 13 nəfər yaralanıb. Həmçinin xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub.

Məlumat üçün bildirilir ki, Ukraynaya bu çətin anlarda qonşu ölkə Polşa kömək edir. Sıx əməkdaşlıq sayəsində polyaklar Ukrayna xilasedicilərinə yeddi ədəd müasir yanğın-xilasetmə texnikası təhvil veriblər. 


6347 oxunub

InvestAZ