XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Hulusi Akardan Ukrayna-Rusiya müharibəsi ilə bağlı AÇIQLAMA
DÜNYA 12:57 / 01.03.2022

"Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi əməliyyatı qəbul etməyimiz mümkün deyil".

Yenisəs.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

"Biz deyirik və görürük ki, bu, beynəlxalq hüquqa ziddir. Başda humanitar yardım olmaqla buradakı insanlıq dramına son qoyulması üçün əlimizdən gələni etdik və eyni şəkildə etməyə davam edirik. Biz bir tərəfdən humanitar yardım göstəririk, digər tərəfdən də diplomatik, siyasi və beynəlxalq müstəvidə dinc yol və üsulları dəstəkləyən hər cür töhfələri veririk”, - milli müdafiə naziri vurğulayıb.


3839 oxunub

InvestAZ