"Ukraynanın paytaxtı Kiyevdə yeraltı avtomobil dayanacağında qalan doqquz Azərbaycan vətəndaşının yeri dəyişdirilib”.
Yenisəs.az xəbər verir ki, bu barədə oxu.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı bildirib.
Onun sözlərinə görə, hazırda tələbələr olan yer əvvəlkinə nisbətən daha yaxşıdır:
"Onların təxliyəsi ilə bağlı danışıqlar gedir”.
Qeyd edək ki, dünən doqquz tələbə Kiyevdə yeraltı avtomobil dayanacağında gizləndiklərini, yerlərinin soyuq olduğunu və qida ehtiyatlarının olmadığını bildiriblər.