XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Zelenskinin gecə müraciəti: Hamı qorxur, amma mən...
DÜNYA 08:11 / 25.02.2022

Ukrayna lideri Vladimir Zelenski xalqa müraciət edib.

Yenisəs.az  Axar.az-a istinadla    xəbər verir ki, Zelenski xalqın öz dövlətini çox gözəl qoruduğunu bildirib və hər kəsə təşəkkür edib.

O, Qostomelin qaytarılmasını böyük uğur adlandırıb və bunun paytaxta böyük əminlik verdiyini bildirib:

"İlkin məlumata görə, 137 qəhrəman itirmişik – hərbçi və mülki.

Zmein adasında sərhədçilər qəhrəmancasına ölüblər, ancaq təslim olmayıblar. Həyatını Ukrayna üçün verənlərin ruhu şad olsun!

Yüzlərlə yaralı var”.

Zelenski bildirib ki, çoxlu feyk yayılır:

"O cümlədən guya mənim Kiyevdən getməyimlə bağlı. Mən paytaxtdayam, keçən gün onlarla beynəlxalq danışıq aparmışam, müdafiəyə rəhbərlik edirəm. Mənim ailəm də Ukraynadadır.

Bilirəm ki, mən – düşmən üçün birinci hədəfəm. Ailəm isə ikinci hədəfdir. Onlar Ukraynanı, onun dövlət başçısını məhv etmək istəyirlər.

İnformasiya var ki, Kiyevə diversiya qrupu daxil olub. Ona görə də kiyevlilərdən xahiş edirəm: diqqətli olun, komendant saatına riayət edin. Mən hökumət məhəlləsində digərləri ilə birgə qalacam”.

O bildirib ki, Ukrayna uğrunda ukraynalılardan başqa heç kəs döyüşmür, bizi NATO-ya qəbul etməyə də qorxurlar:

"Bu gün biz Moskvadan eşitdik ki, onlar danışmaq istəyirlər. Onların danışıq mövzusu Ukraynanın neytral qalmasıdır.

Mən bütün partnyor ölkələrə üz tuturam: Bizim ölkənin taleyi həll olunur. Sizdən soruşuram: siz bizimləsiniz? Onlar deyirlər ki, bəli. Ancaq bizi Alyansa qəbul etməyə hazır deyillər.

Mən AB-nin 27 liderindən soruşdum: Ukrayna NATO-da olacaq?

Onlar hamısı qorxur. Ancaq biz qorxmuruq. Rusiya ilə danışmaqdan da qorxmuruq. Ölkəmizin təhlükəsizliyi haqda danışmaqdan da qorxmuruq. Netral statusundan danışmaqdan da qorxmuruq. Ancaq bizim hansı təhlükəsizlik zəmanətimiz olacaq? Onu bizə hansı ölkələr verir?

Bu hücumu dayandırmaq, yanan odu söndürmək üçün danışıqlar lazımdır.

Amma indi ölkəmizin taleyi tam şəkildə ordumuzdan, xalqımızdan, xalqımızın müdrikliyindən asılıdır”.


5227 oxunub

InvestAZ