XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



İlhami Cəfərsoy: - SÜD MAHALI Z O D o l d u
Maraqli 09:15 / 22.02.2022

Musa Xorenli (Vll əsr) yazır ki, Albaniyanın bir mahalı və həmin mahalın mərkəzi şəhəri Süt adlanır. Süt mahalının sakinləri özlərini Sütrakaçik adlandırırlar (Şopen İ.İ.Novıe dannıe o Kavkaze i eqo drevnix obitateley. Sankt-Peterburq.1866.s.216, 306). Sütrakaçik ana südünə sitayiş edən nəsil deməkdir. Kerop Patkanov "Albaniya tarixi"nin 1861-ci il nəşrinə izahında yazır ki, Zod mahalının adını Klavdi Ptolomey (ll əsr) Sioda formasında yazıya almışdır. Yunan və latın dillərində "ü" səsi olmadığına görə onlar süd sözünü siod, südə sitayiş edən nəslin mahalını Sioda kimi yazırlar. Erməni fonetikasında da "ü" səsi yoxdur. Onlar da bu sözü zod yazmalıdırlar. Bizim Milli Məclisin Toponimiya Komissiyasının təqdimatı ilə Kəlbəcərdəki Zod kəndinin adını dəyişib Söyüdlü elədilər. Halbuki 1913-cü ildə tərtib olunan xəritədə həmin kəndin adı Sütlü formasında göstərilmişdir (Paqirev D.D. Alfavitnıy ukazatel k pyativerstnoy karte Kavkazskoqo kraya.1913.s.99). Biz Dilçilik İnstitutunda qədim mənbələri araşdırmaq əvəzinə əhəmiyyətsiz mövzularda dissertasiyalar yazıb alimi-dana oluruq. İran dillərində dan "elm", dana "alim" deməkdir.

3443 oxunub

InvestAZ