XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



ZƏNGƏZUR v ə İRANSEVƏRLƏR
Maraqli 19:30 / 20.02.2022
AMEA-nın iransevərləri Zəngəzurun türk sözü olduğunu qəbul etmirlər. Baxmayaraq ki, İranın yox, Azərbaycanın dövlət büdcəsindən maaş alırlar. O insanların kül camalına and içirəm ki, Zəngilər fars mənşəli etnos deyildir, elitar türk nəsillərindən biridir. Atabəy Zəngi o dövlətin başçısı idi. Xristianlıqdan və islamiyyətdən öncəki türklər Zəngi baba adlı müqəddəs ruha sitayiş edirdilər. Onların inancına görə Zəngi baba buzovları bəd ruhlardan qoruyurdu. Bizim iransevərlər zəhmət olsa da, "Mifı narodov mira" ensiklopedİk nəşrinin Zanqi başlığına baxsınlar. Kişiləri saqqallı, dişiləri çadralı həmcinslərinin ətəyindən əl çəkib K.E.Bosfortun "Musulmanskie dinastii" kitabını vərəqləsinlər. Orada göstərilir ki, zəngilər atabəy Ak Sunqurun nəslindəndirlər. O əsərlərin birində Zəngəzur adı yoxdur. Əksinə Azərbaycanda, Türkmənistanda, Tatarıstanda Zəngibar, Zanqi baba, Zəngilan, Sanqi burun, Zəngişalı, Zəngənə şəhər və kəndləri vardır. Onların heç birinin əhalisi fars dilində danışmır.27 sentyabrda zəfər yürüşü başlayanda rusofillər ordumuzdan, persofillər məscidlərdən rədd olub getdilər. Ancaq AMEA-da onlar hələ də qalmaqdadırlar.

10388 oxunub

InvestAZ