XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Kremldən məşhur masa barədə AÇIQLAMA
Maraqli 18:35 / 19.02.2022


Rusiya Prezidenti Vladimir Putinin xarici həmkarları ilə görüşlərinin mühüm hissəsini keçirdiyi Kremldəki oval masa İtaliyada hazırlanıb.

Yenisəs.az  RİA Novosti -yə   istinadla  xəbər  verir  ki,  bunu Prezident Administrasiyasının mətbuat katibi Yelena Krılova bildirib.

Bu masa Putinin Fransa Prezidenti Emmanuel Makronla danışıqlarından sonra mediada maraq doğurub. Belə bir məsafədə dialoq sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Masanın müəllifi ilə bağlı mətbuatda da xəbərlər yayılıb: bəziləri onun italyan ustalarının işi olduğunu yazıb, bəziləri isə müəllifliyi ispanlara aid edib.

Eyni masa arxasında Putin bu yaxınlarda Almaniya kansleri Olaf Şolz və digər ölkələrin liderləri ilə görüşüb.

Krılovanın sözlərinə görə, bu masa 1996-cı ildən Kremldədir.

"Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin bir sıra beynəlxalq görüşlərinin keçirildiyi oval masa dövlət başçısının nümayəndəliyindəki bütün mebellər kimi, 30 ildən artıqdır ki, Kremldədir. İtaliya istehsalı olan masanın ölçüləri: uzunluğu 5 metr və eni 2,15 metrdir”, - deyə o bildirib.



3758 oxunub

InvestAZ