XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Yevlaxda keçmiş məhkum qonşusunun evini yandırdı
KRİMİNAL 19:07 / 16.02.2022

Yevlax rayonunda keçmiş məhkum qonşusunun evini yandırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan   Yenisəs.az-a verilən məlumata görə,Yevlax rayonunun Salahlı kəndində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar Yevlax RPŞ-nin əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib. Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb.

Hazırda faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


3511 oxunub

InvestAZ