XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa cəlb ediləcək - Baş prokurorluq
KRİMİNAL 12:06 / 15.02.2022

Özünü qondarma "Dağlıq Qarabağ" adlı qurumun rəhbəri kimi təqdim edən Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa cəlb ediləcək.

Yenisəs.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib. O qeyd edib ki, Arutyunyan 2020-ci ilin oktyabr ayınnda Gəncə şəhərində dinc əhaliyə qarşı törədilən 4 terror hücumunda təqsirləndirilir.

"Bu terror Ermənistan ərazisindən törədilmişdi. Hadisə nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb. Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından bu terrorun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib.

Arayik Arutyunyanın istintaqa təhvil verilməməsi müvəqqətidir. Arutyunyan hansısa ərazidə sərbəst gəzə bilər. Hesab edirəm ki, beynəlxalq konvensiyaya uyğun olaraq qısa müddət ərzində istintaq və əməliyyat qrupları tərəfindən Arutyunyan saxlanılaraq istintaqa təhvil veriləcək", - deyə idarə rəisi bildirib.


6115 oxunub

InvestAZ