XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



AQİL ABBAS: SƏN YOX, BÖYÜYÜN ZƏNG ELƏSİN
YAZARLAR 14:55 / 14.02.2022

İngiltərənin xarici işlər naziri gəldi Moskov şəhərinə, Ursetin xarici işlər naziri Lavrovla görüşdü, mübahisə etdilər. Ən maraqlısı bu idi ki, İngiltərənin xarici işlər naziri dedi ki, siz Voronej və Rostovu işğal etmisiniz.

Lavrovun gözü çıxdı kəlləsinə. Nə desin, bu adamın coğrafiyadan xəbəri yoxdu. Xəbəri olsa bilərdi ki, Voronej və Rostov Rusiyanın vilayətləridi.

Nə isə. İngiltərənin, daha doğrusu, Velikobritaniyanın xarici işlər naziri heç demə ya coğrafiya dərsi keçməyibmiş, ya da coğrafiya müəllimi savadsız olub.

O da qayıtdı geri, Fransanın prezidenti, ermənilərin qardaşı Makrona hesabat verdi ki, ruslar Ukraynanın Voronej və Rostov vilayətlərini işğal ediblər.

Makron da zəng elədi Putinə, saat yarım bu mövzuda mübahisə etdilər və Putin ona izah edə bilmədi ki, Voronej və Rostov Ukraynanın ərazisi deyil. Və gördü başa sala bilmir, dedi, böyüyün zəng eləsin.

Makron da ABŞ-ın prezidenti Baydenə zəng elədi, məsələni izah elədi və dedi ki, mən Putinə izah edə bilmədim, iş sənə qaldı.

Bayden Putinə zəng etdi. Bir saat telefonda danışdılar və yenə Putin Baydenə sübut edə bilmədi ki, həmin ərazilər Rusiyaya məxsusdur. Axırda dedi ki, siz orta məktəbi qurtarmısız?

 

Bayden də cavab verdi ki, mən nəinki orta məktəbi, universiteti də bitirmişəm.

- Orda sizə coğrafiya dərsi keçirdilər?

-Əlbəttə. Məsələn, Yerin kürə şəklində olduğunu bilirəm, Yerin Günəş ətrafında fırlandığını da bilirəm.

- Yəqin qlobus da var, xəritə də var, yoxdursa köməkçilərinizə deyin xəritə gətirsinlər.

Bayden tapşırdı, köməkçilər xəritəni gətirdilər.

Putin:

- İndi o xəritəyə baxın, görün Voronej hardadı, Rostov hardadı, Ukrayna harda?

Bayden:

- Dəxli yoxdu ey, Voronejdə və Rostovdakı qoşunlarınızı geri çəkin.

Putin:

- Ağlınıza dua yazım.


4730 oxunub

InvestAZ