Hər dəfə ayrılıqlardan, ölüm-itimdən, həsrətdən, ağrı-acıdan söhbət düşəndə istər-istəməz bir anlıq duruxursan. Gözünün önünə ötənləri,ötmüşləri, olanları, olmuşları gətirirsən. Və sənə elə gəlir ki, dünyasını dəyişənlərin,ağrı-acı çəkənlərin durumunda, yaşamında azacıq da olsa sənin də günahın var. Yəniən azından son nəfəsə yetişə bilərdin... və yaxud da son sözünü eşitmək fürsətiniqaçırmazdın... yanğısına bir damcı su damızdırardın... barmaqlarının ucuyla yanağında tumurcuqlayan yaşı silərdin... ağrıdan yastığa söykənməyən başını ovuşdurardın, tellərini sığallayardın... ya da əllərini, ayaqlarını ovardın...Bütün bunları düşünə-düşünə, içindən, xəyalından keçirə-keçirə həmin o itirdiklərin üçün göynəməklə yanaşı, həm də özünün bəraət haqqını tapmağa, ondan təsəllikimi yararlanmağa çalışırsan... Amma bütün hallarda necə deyərlər, karvan gedib və sən də o karvanın arxasınca baxa-baxa qalmısan...
Bəli,indi arxada qalan atasızlığın bir ilini, arxasızlığın bir yaşını, güvənsizliyin365 gününü düşünüb özüm-özümə heyrətlənirəm. Ona görə ki, bir gün, bir həftə,bir ay ayrılığnı ağlıma belə gətirə bilmədiyim atamdan düz bir il ayrı qala bilmişəm. Deməli, həqiqətən torpaq güclü imiş, soyuda bilirmiş hər şeyi...dondura bilirmiş içimdəki ağrını da, acını da, göz yaşını da... susdura bilirmiş dili də, ürəyi də, hətta perik salırmış səni özündən... Və bir də...
Hə, birdə zaman da dəyirmanını boş-boşuna işlətmirmiş. Üyütdüyünün nə olmasından asılı olmayaraq, onun da qüdrəti, onun da gücü böyük imiş, o da susdururmuş, diz çökdürürmüş adamı olmuşların qarşısında...
İndi bütün bu yazdıqlarım, daha doğrusu,bilgisayara diqtə etdiklərim mənə, yəni bir övlada nə qədər ağır və hətta belimi bükəcək qədər ağır olsa da, həmin oüzü soyuq torpaq mənim 365 gün yaşamağımın bir növü yönəldəni, dayağı olubdu. Yəni üzümə elə qabarıb ki, ondan o yana keçid, yol olmadığını anlamışam. Başa düşmüşəm ki, sondan sonra son yoxdur. Qatardan düşdün, yəni dünyadan köçdünsə, qayıdış ancaq xatirələrlə, xəyallarla mümkündür, əgər onu qoyub gedə bilmisənsə.
Əks halda, unudulmaq olub-olmamağının fərqini kimsəninsə yaddaş kitabında görməmək təbii haldır. Necə deyərlər, bu qaçılmaz həqiqətin önündə bəşər övladıgücsüzdür. Axı hər şey "olum” "ölüm” arasında baş verir. Bir az da gerçək, biraz da dəqiq desəm, olursan və ölürsən. Sadəcə olaraq, olanda bəndə, öləndə İNSAN olmaq lazımdı. Bunu bacarsan arxanca heç kim də gəlməsə, rəhmət gələcək. Və elə bu məqamda yadıma düşür ki:
Şübhə
etmirəm ki,
məni
daha yaxşı anlayar
dörd ivarla, tavanla
içində danışanlar...
Şübhə
etmirəmki,
mənim
qocalan ahımla
ahımdan
üşüyən Allahımla
içimdə etdiyim
söhbətləri
duyğusuzlar
yanlışanlar...
Şübhəetmirəm ki,
özüm də,
sözüm də
hətta
zamanın
yurd suzluq
qarasını çəkdiyi üzüm də
sizi ayağıma gətirəcək
varlığıma
etinasız yanaşanlar!..
***
Doğrudan da hər şey zamana möhtacdır. Amma zamanın içərisində at oynadanlar da az deyil.Və bu at oynadanların özləri bir yana, heç atlarına da yazıqları gəlmir.Düşünmürlər ki, atdan düşüb piyada qalanda o atların günü nə olacaq və yaxud da o atları təzədən minib onların üstünə çapandanələr keçirəcəklər, hansı durumlara düşəcəklər?!
Mən nə münəccimlik etmirəm, nə də filosofluq. Sadəcə olaraq, gördüklərimi, eşitdiklərimi,hətta oxuduqlarımı saf-çürük edəndə onda həmin o söylədiyim fikir özü-özlüyündə ortaya çıxır. Və mən də ortada olan həmin o fikrin bir növü oxucusu, dinləyicisi oluram. İnsan da oxuduğundan, dinlədiyindən nəticə çıxarmalıdır. Bax, bu mənada gəldiyim nəticə sizə söylədiyim fikrin yaranmasına səbəb olur. Nə isə...
Həqiqətən yaşadığım anların heç birinin səbəbsiz olmadığına həmişə inanmışam. Və mən təsadüflərəo qədər də bel bağlamamışam. İçimdəki inanc mənə diqtə edib ki, nəyi yaşayırsan, nəyi edirsən, nəyi görürsən, bütün bunların hamısı sənin qədərindi,sənin alın yazındı. Bundan qaçmaq və yaxud da o yazını silib dəyişmək mümkündeyil. Bax, ona görə də hərdən öz-özümə pıçıldayıram. Deyirəm ki:
Mən söndürülmüş şamam
Gərəkliyim itibdi...
Adım da özüm kimi
Ortalıqda itibdi...
Nə ayaqda durmağa,
Nə axtarış etməyə...
Sevgi Evi də yoxdu –
Qapısına getməyə.
Əllərimlə sıxıram
Çiynimə bük başını...
Aç ovcunu, göy üzü –
Sal göydəki daşımı...
Minnətsiz sığınacaq
Dörd divar, kağız, qələm...
Allahım,bu da ruhum –
Gəlmişəm sənlə böləm...
***
İstənilən yaşantını, istənilən hadisəni yazıya çevirmək, ömrə hopdurmaq mümkündü. Amma bunun bir çətinliyi var. O da kimisə təsiri altına salmaqdı, kiməsə hüfuz etməkdi.Bax, bu mənada mənim yaşantılarım mənə nə qədər acı və yaxud şirin gəlsə də,onu kiməsə söyləmək, yazıya köçürüb kiməsə oxutmaq heç də normal sayıla bilməz.Bu mənim məntiqimdi. Burada bir nüans var, o da mənim çevrəmdi. Əgər çevrəmdəkilər,ürəyimdəkilər, hətta mənim ürəyimdə olduqlarım istərlərsə, arzu edərlərsə, lap duyarlarsa, onda mən öz yaşantımı onlara bu və ya digər formada çatdıra bilərəm.Təbii ki, bu da həmin dediyim insanların öz istəklərindən qaynaqlanmalıdır...
Bu fikirlərimi uzatmadan dönürəm mətləb üstünə. Yəni birmənalı şəkildə vurğulayıram ki, kimliyindən asılı olmadan insan mövcuddursa, yaşayırsa,problemi də var, problemi yaradanı da.... çevrəsi də, mübarizə aparmaq imtiyazı, gücü də. Bax, bu mənada mən nə qədər qayğılı, nə qədər nostalji köklərə bağlı olsam da, bilirəm ki, içimdəkiləri yaşamaq, yaşatmaq mənim öz missiyamdı,çiynimdəkiləri daşımaq mənim öz borcumdu. Ona görə də hətta özüm-özümə ürək-dirəkverən, bir az da qürrələndirən bir şeir də yazmışam. Necə deyərlər, özüm-özümün tərifini misralamışam. Yazmışam ki:
Yaxınları,uzaqları bilinən
Dodaqları ad çəkməklə ilinən...
Kirpikləri təbəssümlə silinən –
Sənsən,Əbülfət!
Gecəsinə ağrı, acı, dərd sıxan
Gündüzünə göz qırpmadan dərd yığan...
Həsrətinə dözümdə də mərd çıxan –
Sənsən,Əbülfət!
Səsi batan, bəxti yatan bir aşiq
Pir olubdu sevgisinə, pir aşiq...
Bu dünyada Məcnun kimi sirr aşiq –
Sənsən,Əbülfət!
İçdünyanı çöl dünyana üyütmə
Kədərini çox da öyüb böyütmə...
Yaşa haqla, sev Allahla öyünmə -
Sən –Əbülfət!
***
Həqiqətənmən özümlə, qələmimlə və bir də ağ kağızla baş-başa qalanda dünyanın bütün kədər yükünü daşımaq, hətta diz altına almaq gücünə malik oluram. Bu bir az pafoslu səslənib böyük görünsə də, amma həqiqətən insan öz içində, öz xəyalında, öz dünyasında hamıdan güclüdü. Çünki həmin o dünyada hər kəsi əli Allahın ətəyində, ruhu göy üzündə olur. Belə adama kimin gücü çata bilərki?!
Bəli,indi mən də göy üzündən, ruhlar aləmindən, xəyallar dünyasından özümə, necə deyərlər,kəndimə qayıdıram. Və qayıtdığım yol uzunu ağlıma gələn ilk bu olur ki, hardasa bir kədəri də ovutdum, bir acının da gözyaşını sildim, bir sitəmin də içimdə dəfn olunmasına şərait yaratdım. Və bütün bunlar da mənim yazacağım, daha doğrusu, duyğularımdan misralara çevriləcək. Onda həmin misralar daoxucu önünə çıxanda məhz bu donda, bu biçimdə olacaqdı. Siz oxucular görəcəksinizki, mən nə demişəm və necə demişəm.
İçimdəki kədəri
İçimdə də ağladım...
Kipriklərimi hörüb –
Selin yolun bağladım...
Dizlərim torpaq yemi
Tutdum üzümü göyə...
Əllərim qalxmadı ki,
Çırpam –dizimi döyə...
Bəlkə dəbu bir günah
Boyun bərabərində...
Allahdan başqa kimsə -
Bilmir,yaram dərində...
Ovunmağayetməyən
Gücümün dili gödək...
Halım gün kimi bəlli –
Dur, əlimdən tut gedək...
Hə,bütün gerçəklərin və gerçək ola biləcəklərin həyatımdakı izlərini heç vaxt silməyə cəhd etməmişəm. Və bir də ki, bunu silməklə nəyi dəyişmək mümkündü ki?! Onsuzda hər kəs özünü hansı dona salır salsın, gec-tez pərdələr çəkiləcək, maskalar söküləcək və... Bir az obrazlı desəm, qaranlıqların aydınlıqları ortaya çıxacaq. Ramiz Rövşənin təbirincə desəm, qaranlıqda qəfil günəş doğacaq və kimin kimin evindən çıxdığı görünəcəkdi.Ona görə də mən heç vaxt tərəddüd etmədən düşündüyümü və ürəyimdəkini yazmışam və indi də yazıram.
İçimdəkiən şirin
Duyğu adındı sənin...
Dilimdəki bal, şəkər –
Bil ki,dadındı sənin!
Bu göyüzü, bu yer də
Yuvadı min bir dərdə...
Onlar, mən olan yerdə -
Özgən,yadındı sənin!
Könlüm,gizli dolduğun
İçin-için solduğun...
Pərvanəsi olduğun –
Bir tək QADINDI sənin!
Son: buyazını necə yazdım və niyə yazdım onu düşünmək haqqını sizə verirəm. Özüm isəöz içimdə nə çəkirəm, onu Tanrımla bölüşürəm.