Goranboy-Naftalan magistralında yol qəzası baş verib.
Yenisəs.az bildirir ki, avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində minik avtomobili avtobusla toqquşub. Qəza nəticəsində, minik avtomobilində olan, Naftalan şəhər sakini, 1978-ci il təvəllüdlü S.Verdiyev və avtomobildə olan digər şəxs xəsarət alıb.
Onlardan S.Verdiyev xəstəxanaya yerləşdirilib, digər şəxsə isə ambulator yardım göstərilib. Avtobusda tələbələrin olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.