XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Unitazlardan və zibildən 200 mənzillik ev inşa edildi
Maraqli 14:32 / 13.02.2022
Emal edilən kərpicin dəyəri, 8 dollarlıq adi kərpicdən fərqli olaraq, 14 dollardır...
 
Nyu-Yorkda emal edilən zibildən ev peyda olub. 
 
Bina tərkibində 60 % tullantı, o cümlədən keramik unitazlar, kirəmit və polad olan xüsusi kərpicdən tikilib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Manhettendə, Nyu-Yorkda emal edilən inşaat zibili və sənaye tullantılarından yaşayış binası inşa edilib.
 
Arxitektorlar ilk yeddi mərtəbədə binanın fasadında və vestibüldə tullantılardan hazırlanan kərpicdən istifadə edib.
 
Yeni binada 219 mənzil var.
 
Şirkətdə bildiriblər ki, hazırda emal edilən kərpicin dəyəri, 8 dollarlıq adi kərpicdən fərqli olaraq, 24 dollardır.
 
Yeri gəlmişkən, mütəxəssislər gözləyir ki, gələcəkdə onun qiyməti enəcək, çünki materialların emalı ucuzlaşacaq.

8750 oxunub

InvestAZ