XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Orxan Saffari yazır :-ARZU
YAZARLAR 09:25 / 13.02.2022
Həyatda ən böyük arzularımdan biri də, dünyanın elə bir yerə, zamana gəlməsidir ki, artıq yadplanetlilərlə münasibət qura bilim.
Məsələn, Neptunda 5-10 yadplanetli ilə oturub zoğal arağı içməkdən gözəl nə ola bilərdi? Ya da elə məsələn, NZS pivə zavodundan 3 litrlik balonda pivə aparar, orda da zakuska tapıb, gillədərdik bədənə. Yadplanetlilər də bilməlidir ki, səhər-səhər paxmeli NZS, Xırdalanla açmaq başqa aləmdi.
Ən çox da Marsdan olan bir yadplanetli qızı sevmək istəyərdim. Hər gün planetlərin birində, ya da elə açıq səmada görüşək, fəzada sevişək, ulduzların həndəvərində gəzişək, aramızda düz dünya qədər xatirə olsun. Sevgimiz yerə də, göyə də sığmasın.
Hər gün onunçun milyon kilometr yol qət edim, onu o qədər çox sevim ki, öz orbitimdən əməlli-başlı çıxım. Hansısa planetin bir tinində qardaşları ilə dalaşım, məni yerdə axtaranlar göydə-dünyalar qədər sevdiyim, sərhədlərə sığdırmadığım o sevgimin yanında tapsınlar. O da mənimlə görüşmək üçün gizlin yerə gəlsin, bulvarda gəzək, sonra günlərin birində ayrılaq, o da məsələn, Saturna gəlin köçsün.
Mən isə öz xaraba qalmış dünyamda oturub zulum-zulum içib ağlayım..

9939 oxunub

InvestAZ