Lamiyəni rayonda hamı yaxşı tanıyırdı. O, əsil mənada gözəllik nümunəsi
idi. Boy-buxunu, yar-yaraşığı, bir sözlə
gözəl qızlara, qadınlara məxsus bütün üz cizgiləri öz yerində idi. Bir də
ki, onun baxışlarında elə bir cazibə
vardı ki, insanı sanki özünə tərəf çəkirdi.
Bu əsmər sifətli xanımın şirin- sərbətt
tək xoş baxışlarında elə bil ki, həmişə
xoş bir ilgim qərar tutmuşdu. Tanıyanı- tanımayanı öz təsiri altına almağa
qadir idi.
Notariat kontoruna ilk gəlişi bu günkü kimi yadımda idi. Hansı sənədinsə
surətini təsdiq etdirəcəkdi. Dedi:
-
Hə, sizin bu
kargüzar qızla bir yerdə işləmişdik. Çox
fəal qızdır. Heyif ki, indi o
cürə idarə ləğv
olundu da.
-
Bu çox pis.
-
Əlbəttə
ki...İndi yerində bir sex açıblar, plastik qapı-pəncərə düzəldirlər.
Həmin müəssisə haqqında kargüzar qızdan o da eşitmişdi. Deməsinə görə
Rusiyanın neçə vilayəti, şəhəri ilə bağlı imiş, Elektrik avadanlığı istehsal edirlərmişlər.
Günləri elə o yerlərə ezamiyyətdə keçərmiş. Özü də həmin müəssisədə nə qədər
mütəxəssis fəhlə işləyirmiş. Hər birisi
bir ailənin başçısı, çörək gətirəni.
Lamiyə həmin müəssisədə uzun müddət mühasib işləmişdi. Təhsilli idi.
Gözəl-göyçək, gözəgəlimli olmasına baxmayaraq sadə qəlbli bir xanım
idi. Birlikdə olduğları müddətdə xeyli söhbət etdilər... Sonra da kargüzar
qızın yanında olub onunla dərdləşdi.
Onu sonralar da qəsəbədə görər, müşahidə
edərdi. Arada notariat kontoruna gəldiyi, baş çəkdiyi günlər də olurdu. Çox da
təmtəraqlı geyinməz, sadə paltarda olsa da, hər şey ona qədərincə gözəl
yaraşırdı. Onu görcək yeniyetmə oğlanlar pıçıldaşırdılar:
-
Gəlir...
-
Gözəl
qadındı...
-
Bəxtəvər ərinin
başına...
Həyat yoldaşı isə çoxdan bu dünyadan köçüb onu, tək bir qızla
qoymuşdu.
Ciyərparası
olan İncini oxutmuş, təhsil alması üçün hər bir əzaba qatlaşmışdı. Söz-söhbət
düşəndə də deyirdi: "Valideyinin ən böyük savab işi övladını tərbiyə etmək, ona təhsil verməsidi.
Kim bilir gələcəkdə kimə qismət olacaq, hansı ocağa düşəcək. Əlacsız qalanda
heç olmasa ixtisası olsun, bir yerdə işləyə
bilsin”
Qızlar onu görəndə sanki ayaq saxlayır,
onunla ehtiramla salamlaşır, görüşürdülər:
-
Lamiyə xala, nə gözəl saçınız var?...
-
Bunu necə
ustalıqla düzəldə bilirsiz.
-
İnanın... Lap şəlaləni
xatırladır...Zövqünüzə söz yoxdur.
Bəli, o, özünə çox fikir verən xanım olmasa da, onda hər şey çox gözəl,
yaraşıqlı
alınırdı.
Gülümsəyəndə, güləndə ona baxmamaq, diqqət
yetirməmək mümkün deyildi. Sanki qarşında sirli bir varlığım dayandığımı görür, hey ona tərəf can atırsan. Bir dəfə
küçədə qarşılaşanda istər-istəməz onu söhbətə tutdu, qoşa addımlayası oldular:
-
Bizim yerlər
necə, xoşunuza gəlirmi.
-
Əlbəttə ki...
-
Heyf ki, bir qədər
sərt iqlimi var.
-
Yox...Havası
çox gözəldi. Bir də ki, sizin kimi qızları, xanımları varsa,
gileylənməyə əsas
yoxdur.
O, razılıq edirmiş kimi gülümsədi, dedi:
-
Kompilimentimizə
görə çox sağ olun.
-
Dəyəməz...
Belələri xüsusilə onun aludəçiləri idilər. Lamiyə xanım hər səhər isə
gedəndə onunla
xüsusi ehtiramla salamlaşar, onun hər bir baxışına,
təbəssümünü özləri üçün əvəzsiz mükafat hesab edər, səslənərdilər:
-
Sabahınız
xeyir, xanım...
-
Çox sağ olun,
Allah sizi saxlasın...
-
Təki bütün
qızlarımız, xanımlarımız sizin kimi sadə, istiqanlı olsunlar.
Belə sözləri eşitmək bəzi xanımlara acıq gedər, ona olan bu qayğını qəbul
edə
bilməz, deyərdilər:
-
Ey...Yaxşı
xanım olsaydı ərini belə tez yola salmaz, öldürməzdi...
-
Yenə bu
maşınlar hara gedir ey... Lap yolunu azan kimidi...
-
Həvəsli quşdu
da... Əllərinə düşüb, oynadırlar da...
Bütün bu söz-söhbətlərə baxmayaraq, Lamiyə xanım təmkinli, ləyaqətli
qadın idi.
Hər işinin hər
addımının yerini bilirdi. Onun haqqında
pis söz danışan da bir o qədər yox idi. Yaxşı deyirlər ki, sən öz yolunu get,
kim nə deyir desin. Belələri də sənin təmiz, əxlaqlı olduğunu görüb sakitləşəcəklər.
Doğru həmişə yalana, əyriyə qalib gəlib, üstün olub...
Rayon mərkəzində canlanma vardı. Hamı mədəniyyət
evinə tərəf getməkdə idi. Deyilənə görə orada Millət vəkili ilə görüş keçirələcəkdi.
Onun hesabat vaxtı idi. Deputatı da
az-çox tanıyırdılar. Onları parlamentdə təmsil edirdi. Doğrusu onun əvəzsiz
musiqiçi, müğənni kimi xətrin çox istəsələr də,
deputatlıq fəaliyyətindən bir o qədər
razı deyildilər.
Müğənni xanım ona söz veriləndə, gülə-gülə səhnəyə gəldi. Onu xeyli alqışladılar. Gözləyirdilər ki, sanki yenə də
oxuyacaq, özünəməxsus şirin bir səslə deyəcəkdir: "Dünyanın ən xoşbəxti mənəm,
mən”... Bu sözləri ilə dünya səfərlərinə çıxan,
milyonları ovsunlayan xanım isə əsil mühazirəçi kimi sözə başladı. Rəhbərliyin ünvanına xeyli şirin
sözlər dedi. Bilmək olmurdu ki, o rayon rəhbərliyini, son vaxtlar aparılan
quruculuq-abadlıq işlərini tərifləyir,
yoxsa yuxarıların işlərindən, özlərindən bəhs edir... Hətta dedi:
-
Mən bilmirəm bu
kişini kimə, nəyə bənzədim... Şirə, Pələngə, yoxsa...
Bu an
yaxınlıqdan səs eşidildi:
-
Di...
-
ne...
-
...
-
Za...
-
...
-
u...
-
ra...
Ötəri həmin istiqamətə baxanda
həmin müəllimi tanıdı. Məktəb direktoru idi.
Ağzından çıxartdığı sözə xəcalətli
halda başını lap aşağı salmışdı ki, onu görən,
tanıyan
olmasın. O anlar müəllimin yerinə xəcalət çəkdi. Axı nəyə lazım idi. Ağzını
saxlaya bilməzdimi.
Ona tərəf baxanda təsadüfən Lamiyənin
yanında əyləşdiyini gördü. Salamlaşdılar:
-
Salam...
-
Salam...
-
Nə xoş təsadüf...
-
İlahi işidi də...
O yenə də qəşəngcə geyinmiş, ətirlənmişdi. Başqalarından xeyli fərqlənirdi.
Əlində ətirli
gül dəstəsi vardı. Dedi:
-
Bilirsiz də...
Bu xanım bizi tərəfdəndi.
-
Bilirəm...
-
Az-çox
qohumluğu da çatır.Ata nənəm tərəfdən...
-
Belə de...
-
Səsi yaxşıdı, əvəzsizdir...Çıxışı
heç xoşuma gəlmədi...
Tədbirin sonunda bayıra çıxanda özünü həmin
direktora yetirib, onu tənbeh elədi:
-
O nə söz idi
dedin?!.
Pərt halda dedi:
-
Görmürsən...Bu
təzə başçı nə iş görüb, indidən onu tərifləyir, göylərə qaldırır...
Onun sözlərindən təsəlli tapmış kimi sakitləşən kimi oldu. Dedi:
-
Hər halda,
camat içində belə söz yaxşı deyil. Sonra başqa cür başa düşəllər.
Məktəb
direktoru səhvini başa düşmüş kimi dedi?
-
Əlbəttə, müəllim...Onu
duz deyirsiniz. Bir söz idi də, özümü saxlaya bilmədim,
ağzımdan
çıxdı... Ancaq inan, bunu mən o kişinin ünvanına yox, sizə başımızı nəzərdə
tutub demişəm... Görmürsüz o gün mənə nə deyir: "İşçiləri...Şagirdləri səfərbər
elə, yol kənarındakı kağız-kuğuz qırıntılarını, sellefon torbalarını
yığışdırın”...
-
Hə... Bu düzgün
göstəriş deyil...
-
Əlbəttə
ki...Sonra həmin xidmətçinin əri, uşaqların valideyinləri mənə nə deyər?
Deməzlər ki,
biz onları sənin yanına işləməyə, oxumağa göndərmişdik, sən nə hərəkət edirsən?
-
Deyərlər...
-
Yol qırağıdı
da... Avtoqəza qorxusu da bir tərəfdən.
Onda məktəb direktoru çənəsi qızışmış kimi həm də
dedi:
-
Müəllim, daha bəsdir
susduğumuz. Yeri gələndə elə fikirimizi deməli,
mövqeyimizi bildirməliyik.
Biz ziyalıyıq axı...Xalqa işıqlı yol göstərənlər, nur paylayanlar...O gün
görmürsən... Bu xanım əvvəlki deputatla kəndimizə, məktəbə gəlmişdi...
Bilirsiniz də o bəy əvvəllər çox natiq, mətbuatımızın əsil flaqmanı, aparıcısı,
hazır olub... Müəllimlər, məktəblilər qarşısında çıxış edəndə nə desə
yaxşıdı:.. Necə yəni qalxan bir bayraq enməz...Qalxan hər şey enir də”...Bu
xanım da onun ikimənalı sözlərinə bir
söz demir, hey pıqqıltı ilə gülürdü...
Əlbəttə, sabiq deputat sözünü deyən
adam idi. Əl ayağa dolaşan bəylərə xitabən bu sözləri desə də, yaxşı səslənməmişdi.
Onun öz taleyi də acınacaqlı qurtardı. Son vaxtlar çox açıq-saçıq
deyib-danışırdı...
Bir gün işdə olanda karguzar qız dedi:
-
Xəbəriniz varmı
ki, Lamiyə xanım bərk xəstələnib. Mən də
işdən vaxt tapıb onun
yanına gedə
bilmirəm.
Narahat halda soruşdu:
-
Nolub ki?!
-
Pis xəstəliyə
tutulduğun deyirlər.
-
Aman Allah!..
Bu sözləri necə dediyini bilmədi. Elə pis olmuşdu ki...O gündən sonra
tez-tez onu
soruşur, səhhəti
ilə maraqlanırdı. Karguzar qız deyirdi:
-
Yox, yaxşı
deyil...
-
...
-
Deyirlər ki, o
gözəllikdən əsər-əlamət qalmayıb...
-
...
-
Hətta saçları
da tökülüb...
Onlara getmək, ona baş çəkmək,
dəymək istəyirdi. Ancaq bunu necə etsin?
Bizi o
qədər yaxından
tanımadığı ailə idi. Sonradan söz- söhbətə çevirməzdilər ki... Kargüzar qız da
susur, onun bu narahatlığına bir münasibət göstərmirdi. Soruşdu:
-
Siz necə?!
Getmisiz?
-
Yox...
-
Bu olmadı ki...
-
İşdən mnacal
var ki..., Biz beləyik də... Xeyrə-şərə də yarıya bilmirik... İşdən işə
çox fərq var...
Onu qınamağın adı yox idi. Notariat
kontorunda iş çox idi. Xüsusilə son
vaxtlar. Köhnə sovet pullarının verilməsi
onları çox gərgin vəziyyətdə qoymuşdu.
Başqa rayonlarda iki yüz –iki yüz əlli vərəsəlik
işi icra olunsa da, onlarda artıq min
iki yüzü keçmişdi. Elə bil ki, balıqdan
qazanan, neftçi...Çoxu əmək haqqının
pulunu aparıb əmanət bankına
qoyub, sonra da dünyalarını dəyişmişdilər...
Bir
gün kargüzarı lap matəm içində gördü. Gözləri dolmuş, sanki ağlayacaqdı:
-
Xəbərin var...
Lamiyə dünyasını dəyişib...
Yazı yazırdı... Bu ağır xəbəri eşidəndə istər- istəməz əlindəki ruçka əlindən düşüb
Stolun üstü ilə dığırlandı, xoşa gəlməz səs çıxardı. Heyrətləndi.
-
Çox təəssüf...Ölməli
gəlin deyildi...
-
Hə...Gözəl
xasiyyəti vardı...
-
Səni çox istəyirdi...
-
Elə sizi də...
Onun bu sözlərinə istər istəməz gözləri doldu. Durub üzü pəncərəyə tərəf dayandı
ki, yaşarmış
gözləri görünməsin...
...Həmin
hadisədən altı ay keçmişdi. Boylu-buxunlu bir oğlanla, yaraşıqlı bir qız içəri
girdi. Əvvəl onları evli, ər-arvad bildi. Sonradan məlum oldu ki, yox, oğlan
Lamiyənin yerində işləyən mühasib, qız da onun doğma qızıdır. Vərəsəlik işində
kömək üçün onunla gəlib.
Hər ikisini bir daha salamlayaraq dedi:
-
Xoş gəlmisiniz...
Lamiyə xanım başqa gəlin, insan idi. Hərdən bura gələndə sanki
öz söz-söhbəti
ilə bunranı nurlandırar, işıqlandırardı. İlahi hər adama belə qabiliyyət
vermir... Ozü də nurlu, işıqlı, gözəl xanım idi... Allah rəhmət eləsin, sizi
saxlasın.
Oğlan dilləndi:
-
Çox sağ olun...
Birlikdə işləmişik...
Qızı razılıq etdi:
-
Təşəkkür edirəm...Çox
sağ olun...O da sizdən həmişə razılıq edər,
deyərdi ki,o
başqa
adamdır...Başqalarından çox fərqlənir...Pulla arası yoxdur...
Onun bu sözlərinə gülümssəsə də, daha bir söz demədi.
Onlar məhrumədən qalan mənzili
rəsmiləşdirmək istəyirdilər. Qanun üzrə
vərəsəlik şəhadətnaməsi
verəsi oldular.
Ayrılanda da hər şeyi beləcə tezcə həll etdikləri üçün ona razılıq
edirdilər. Oğlan da, qız da əlini sıxaraq dedilər:
-
Çox sağ olun...
-
Anam elə sizin
haqqınızda düzgün təsəvvürdə olub...
Bir müddət sonra onlar yenə gəldilər.
İndi də mərhumənin əmlak payını qız
öz
adına keçirmək
istəyirdi. Əvvəlki narahatlığını
xatırlayıb, indi bir qədər yüngüllük
tapdı. Oğlan bir o qədər dələduza
oxşamırdı... Mənzilin satılmasından
ehtiyatlanmışdı...
Həmin günlərdən az bir müddət keçmişdi. Məhəllələrində vəfat etmiş bir kişini qəbirstanlığa aparası
oldular. O da getmişdi. Dəfn zamanı yaxınlıqdakı
qəbirlərə, sinə, baş daşlarına baxanda
yerində dönub qaldı... Qara mərmər baş daşından gur saçlı bir xanım boylanırdı... Altından sadəcə olaraq
yazılmışdı: "Lamiyə”... İstər-istəməz həmin baş daşına yaxınlaşıb, onu sığalladı... Sanki üstünə qonmuş narın
tozu silirdi...Pıçıldadı:
-
Məni bağışla,
Lamiyə... Xəstə olanda sənə dəyə bilmədim...Dəfninə gələ
bilmədim...
O, isə lal baxışları ilə elə
hey ona baxmaqda, sanki gülümsəməkdə
idi:"Çox sağ
olun. Mən Sizdən
çox razıyam. "Qızımı necə lazımdı, eləcə qarşılayıb yola salmısınız ...”
Yol boyu fikirləşirdi... Axı insanlar
niyə belədi. Arzusunda olduğu, hörmət etdikləri bir insana da bəzən yaxınlaşmağa ehtiyat edir, soz – söhbərdən qaçırlar... Axı belə
insandan zaval gələcəyini o
hec vaxt təsəvvür
etməzdi. O sanki ruhən, bütünlüklə xeyirxahlıqla yoğrulmuşdu. Bəlkə də bu ondan nəsildən-nəsilə
keçən bir təmizliyin, paklığın nümunəsi idi..
Bir dəfə iş yerində söhbət xoşagəlməz hərəkətlərdən
düşdü.Kargüzar qızla həmişə onun
arasında sərt,dəmir pərdə olardı.Gözləmədiyi halda birdən o dedi:
-
Ey...Xəbərniz olmayıb,o qədər sizə yaxınlaşmaq
istəyənlər,qarmaq atmaq
istəyənlər olub
ki...
Onun bu gözlənilməz sözləri onu nə qədər təccübləndirsə də, soruşa
bildirmədi ki,
o adamlar arasında Lamiyə olub,ya yox...
Bu barədə soruşsaydı, bəlkə də onun öz gözündən düşərdi.Ona görə də
onun sözlərini sükutla qarşıladı...Yadına etibarnamə vermək üçün yanına
getdiyini, avto-qəza nəticəsində qıçasından xəsarət alan qadın düşdu...
Bir vaxtlar həyat yoldaşı erməni olmuşdu.Köhnə sovet pasportuna baxanda,
soruşanda qadın yazıq – yazıq dedi:
-
Vallah, billah
pis adam deyildi... Nolar erməni olanda...
Onun bacısı qızı bir gün notariat
konturuna gəlmişdi.Xalasını soruşanda durar – durmaza dedi:
-
Yaxşıdı...Deyir
ki, mənə kişi tapın ...
Susanda, gəlin
yanaqları allanmış halda dedi:
-
Nə gizlədim, elə
sizin də adınızı çəkir...Deyir ki,o çox yaxşı adamdır...
Bəli, nahaq demirlər ki,qadınlar çox həssas olur. O, bu qabiliyyətin
sa hibi olmasa
da eşitmiş,bir
kitabda da oxumuşdu...Deyirlər ki,qadın yaxşı kişini ele qoxusundan, iyindən
tanıyır... Təki belə olsun... Qizlarımız, xanımlarımız xoşbəxt olsunlar. Onlar
həmişə ona ətirli gülü-çiçəyi xatırladırlar. Bir də şəffaf gözəl bir süsəni,
xurustalı... Amandır,möhkəm yapışın,əlinizdən düşüb sınar!..Sınsa, hec vaxt əvvəlki
yerini verməyəcək.