XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



GƏLƏRSƏN -Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 10:12 / 10.02.2022

Xəyalımın qanadları ütülüb,
Özün durub, yerişinlə gələrsən!
Zaman mənim hər işimi bitirib,-
Baxmaq üçün verlişinə gələrsən...
Boy ölçümdü, dilimdəki bu ahlar,
Boyumdan da böyük olan günahlar!..
Məni görmək axşamlar, ya sabahlar -
Yarıyarsa gör, işinə gələrsən...
Çəkisizdi kimə isə mən çəkən,
Çəkilidi, mən bilirəm sən çəkən!
Ay mənimlə ortaq olan, tən çəkən -
Həm göy, həm də, yer işinə gələrsən!
Varmı kimsə sən verəni çəkməyə,
Təklik verdin, ömrün boyu çək!- deyə...
İndi mənə çəkdirdiyin təkliyə -
Heykəl qoyub, görüşünə gələrsən!

5319 oxunub

InvestAZ