XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



Xocavənddə qəzaya düşənlərdən 11-i Türkiyə vətəndaşıdır - RƏSMİ
MƏMLƏKƏT 11:25 / 07.02.2022

Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən    Yenisəs.az-a bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.

Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.

"2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.


12042 oxunub

InvestAZ