Sosial şəbəkələrdə işğaldan azad olunan kənddəki evinə dönən bir gəncin muğam oxuması günün trendinə çevrilib.
Yenisəs. az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sözügedən video muğam ifaçısı Malik Həsənova məxsusdur.
Malik Həsənov sosial media hesabında videonu paylaşıb və bu sözləri yazıb:
"Doğma kəndim Şurtan! Bu evdə doğulub, 8 yaşımda itirdiyim uşaqlıq illərimi 27 ildən sonra xatırlamaq nə qədər ağır olsa da, bir o qədər də sevindiricidir. Sanki təzədən uşaqlaşırsan".
Qeyd edək ki, Şurtan kəndi işğaldan azad olunan Kəlbəcər rayonunun ərazisindədir.