XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Dişi canavar -Əlisəfa AZAYEV Hekayə
Ədəbiyyat 09:04 / 29.01.2022


Sənəm sadə,evdar bir qadın olsa da,sadəlövhlüyü onun haqqında başqa bir fikir formalaşmışdı. Özü də bir o qədər yaşlı deyildi.Yaşı otuz beş – qirx arasında olardı. Ərə gedəndə çox gənc idi.Bəlkə də hec on altı olmazdı. Əri onu götürüb qaçmış, günlərlə ətirli çiçək tək qoxulamış bağrına basmışdı.Sonradan elə bil ki,onun gözündən düşən kimi oldu. Bir gün də Rusiyaya cixib getdiyini eşitdi...

O, yeganə qızı Şəbnəmi təkbaşına böyütdü.Oxutmağa imkanı olmadığı üçün özü kimi tez ərə verdi. Qiz gəlin köçmə ərəfəsi yanaqları allanmış, portmuş halda pıcıltı ilə ondan soruşdu: ”Mama, o oğlan cox iridi axı...Mənim ona gücüm catacaq...”Qadın onu sakitləşdirmək ücün deyərdi: ” Sakit ol..Hec nə olmaz...Hər şey yoluna düşəcək”...

Ancaq gəlin köçən vaxt xoşagəlməzlik baş vermiş. Qışqırtı, cığırtı səsini eşidib onu həkimə aparıblarmış.Onu qan aparırmış. Bəy onda təəssüf icində başını bulayır,deyirmiş:

"Məndə nə təqsir ey ...Uşaqdı da...” Onu qınayıblar: "Sən də adam kimi hərəkət elə də, a zırrama...Özün eşşək boyda, özü də sərxoş, nəşəli...”

Qadın beləcə yeganə qızını yaxşı tanımadığı bir avaraya ərə verib bədbəxt etsə də, onun üçün darıxar, sakit dayana biməzdi. Bir gün əlacı kəsilib, qəti bir qərar qəbul elədi. Mənzili satıb, onlarla bir yerdə qalmaq...” Əslində elə bu qərarı Afiqin təsiri altında etmişdi.

Ancaq sonradan coxları onu qınadı. Bu hərəkətinin düzgün addım olmadığını dedilər. Xüsusiilə ağzıgöyçəklər:

- Ağəz, dişi canavardı da...Kürəkənini indidən təsiri altına salıb.

- O gün də qoşa gedən görüblər.

- Hə...Meşəyə odun yığmağa gedəndə.

Qadınlar bu sözləri deyib xısın-xısın gülüşürdülər.Bic-bic bir-birlərinə baxdılar. Biri lap ağ elədi:

- Köhnə, qapalı pərdə idi də...Çoxdan idi ona əl vuran yox idi. İndi paxrını acar da...

- Bıy...Başıma xeyir... Yəni belə hərəkət edər?!.

Sənəm həmin gün mənzilini satmaq üçün natarus konturuna gəlmişdi. Notarius

icəridə Şamil adlı gümrah bir sürücü ilə söhbət etməkdə idi. Sürücü etibarnamə almağa gəlsə də, notarusla dərdləşməkdə, şirin söhbət etməkdə idi.

Sənəm içəri girib, onlarla salamlaşdı. Notarus ona əyləşməsi üçün yer göstərdi.Sürücü qalxıb getmək istəyirdi ki, o, dedi:

- Mənim elı bir gizli sirrim yoxdur. Mənzilimi satmaq istəyirəm.

Notarus dedi:

- Mənzildə kimlərin qeydiyyatı varsa razılıq verməlidirlər.

- Ərim Rusiyadadı... Coxdan gedib...Hələ də bir xəbər yoxdur.

- Təxminən nə qədər müddət olar?

- On ildən coxdur.

- Hec görən olmayıb?

- Son vaxtlar yox.

- Onda məhkəmə qaydasında itgin hesab etdirin də... Yalnız bundan sonra mənzili

sata bilərsiniz.

- ...

- Vaxt cox keçib. Lap ölmüş də hesab etdirə bilərsiniz.

Qadın daha bir söz deməyib, pis-pis durub getdi. Sürücü dedi:

- Bizim tərəfdə olur bu xanım.Bilirsən nədi: Əsil dişi canavardı. Son vaxtlar cox

dəyişilən kimi olub.

- Qadınlar sirrli məxluqlardı da...

- Daha beləsi kimi yox...Əvvəl cox sakit,dimməz bir xanım idi. İndi məhəllədikilərə

qan uddurur. Onun-bununla ağırlaşır, söyüb-söylənir.

- Yəqin əsəbləri pozulub da...

- Bəlkə də...

- Nə qedər kişisiz qalmaq olar ey...Qadının da öz mənəvi təlabatı var axı.Yenə ərə

getməyən dözə bilir. Getmiş, görmüş ücün cətindir axı.

- Onu düz deyirsən... Özü də beləsi ücün...Son vaxtlar bunu kürəkəni ilə bəzəyirlər.

Yeganə bir qızı vardı. Ayğıra oxşayan birinə verdi. Qız elə ilk gecə çətinliyə düşüb. Özünə güclə gətiriblər...

- Bax da...Rusvayçılıqdı...

- Bizim mühitdə belə hallar olur da. Dinəndə də müsəlmançılıqdan, insanlıqdan

danışırıq.

- Elə belə şeylərin çoxuna şərait yaradan mollalardı. Beş manat verən kimi kəbini

kəsirlər. Soruşan yoxdu ki, bunların yaşı catırmı, bir-birinə uyğundular, ya yox...

- Onun ərini burada döydülər...Elə baş götürüb getdi...Sürücü işləyirdi...

Sənəm oradan durub məhkəməyə getdi. Hakimlə ilk andan söhbəti tutdu.Qadın

gözəgəlimli, şirin xanım idi. Sanki onun üzündə, baxışlarında nəsillikcə süzülüb gələn bir nur, şirinlik, əslizadəlik vardı. Qara xalları da əsmər sifətinə bir gözəllik, yaraşıq verirdi. Gülümsəyəndə tək-tək adam ona valeh olmaya bilərdi...Hakim dedi:

- Tələsməyin, nece lazımdı sizə kömək edəcəyəm. Yazdığım bu sənədləri toplayıb

gətirərsiniz.

Sonra dəftərxana müdiri Rayanı çağırıb ona tapşırdı:

- Bu xanıma lazımı köməkliyi edin. Ərini itgin...Ölmüş hesab etdirmək istəyir.

Raya o an dilləndi:

- Hə... Bilirəm...Nə vaxtdandır burada yoxdur.Görünmür...

Qadın o vaxtdan məhkəməyə gəlib getməkdə idi. Sanki ilk andan hakimi öz təsiri

altına almışdı.Onun xüsusilə nahara yaxın gəlib-getməyi onları gileyləndirərdi.

Dəftərxana müdiri onu yenə bu vaxtı gələn görüb mızıldandı:

- Bax da ...Yenə gəlir...

Katib:

- Onda nə təqsir ey...Sudya sərait yaradir da...

Makinacı qır:

- Utanmır eyy...

Arada bir muddət onların səsi eşidildi. Ucadan danışır, deyib- gülürdülər.Sonra araya sakitcilik çökdü.Stol cırıltısına bənzər bir səs eşidildi.Dəftərxana müdiri gileyləndi.

- İşı düşmüşük də... Allah rusvay eləsin sizi...

Katib dedi:

- Mən evə gedirəm .Nahar vaxtıdır...

Katibə qız

- Stolun səsidi də... Köhnəlib...Öz –özünə cırıldayır.

Dəftərxana müdiri öz-özunə deyindi, gileyləndi:

- Sudyanın pulu yoxdu da, onları dəyişdirsin...Alanda paçka-paçka alır...

Sonsuz get- gəldən təngə gəlmiş Sənəm arada onlarla dil tapıb, hakim üçün pul

təşkil edə bildi. İşləri də tez bir müddətdə duzəldi. Mənzili tez- tələsik satıb, kürəkənigilə köçdü. Kürəkəni həmin pulla yaxşı bir maşın aldı, qonaqlıq təşkil elətdirdi.

Bir sözlə ilk günlər hər şey beləcə yaxşı idi. Heç bir dərdi-səri yox idi. Elə bil ki, çox keçməmiş kürəkəninin gözündə cinə-şeytana, xortdana döndü. Ondan zəhləsi getməyə başladı. Hər şeyin catışmamazlığın ustundə onu qınayır,tənbeh edirdi...

Şamil yenə notariat kontoruna gəlmişdi. Söz Sənəmdən düşəndə dedi:

- Xəbəriniz var ki,dolanmırlar. Evdən cıxıb, küçələrdə qalıb.

- Mənzili nahaq satdı da...

- Biz ona demədik...

- ...

- İndi mənzili geri qaytarmaq istəyir.Kürəkən pulunu vermir.

- Cəngələ bax ey...

- Ağılsız hərəkətin axırı budu da...

- Onu da nə qınayasan...Yeganə qızı ilə bir yerdə yaşayırlar.

Onun kürəkəni tərbiyəsizin, qabanın,uzunqulağın,eşşəyin biridi axı.

Sənəm arada onun da yanına gəlmişdi. Ona lap yazığı gəldi. Əvvəlki tər-təravətli, şux

görkəmli qadından əsər –əlamət qalmamışdı. Nə vaxtdan bəri başına rəng qoymadığı ücün, saçları da ağaran kimi idi. Pəjmurdə halda dilləndi:

- Yaman ilişmişəm, qardaş...

- Nolub ki?

- Kürəkənin yanına köçdüm. Onunla dolana bilmədim...

- ...

- Mənzili də satmışam axı... İndi geri qaytaramaq istəyirəm...

- ...

- Pul vermir ki, vermir...

- Bu çox pis... Belədirsə, mübahisə varsa, iş məhkəməlikdi.

- Bilirəm... Eşitmişəm...Yenə elə gəldim ki, Bəlkə onu çağırıb bir təsir edəsiniz.

- Deyərəm...Ancaq çətin...Bir halda ki, sizə yox deyib, məni necə eşidəcək... Yenə

çalışın yönnəşib, yola gedin.

- Yox... Onunla çətindi...Çox çətindi...Adamı başa düşmür. Axşama kimi yeyib-içir,

avaralanır, sərxoşluq edir...Zəhmətlə, işlə də arası yoxdur...

- ...

- Qızım...Heç nədən bədbəxt oldu...

- ...

- Elə özüm də...Küçələrdə qalmışam...Onun-bunun evində gecələyirəm...

- Bu çox pis...

Bir gün yenə də Sənəm dərdini götürüb onun yanına gəlmişdi...Sonra da Şamil

gəldi...Xeyli müddət dərdləşdilər...Özünü saxlaya bilməyib dedi:

- Ə, imkanlı adamsan...Al bunu da...Onsuz da həyat yoldaşın dünyasını dəyişib.

Şamil dərdli idi...Qadın gedəndən sonra dedi:

- Qoy rədd olsun ... Onunla adam dolanar...Əsil dişi canavardı...Elə diş qıcamağı,

mırıldamağı bilir...

Bu söhbətdən xeyli müddət keçmişdi. Sənəm haqqında xoş bir söz eşitmirdi. Yenə

onun tək-tənha gəzib dolandığını, hərdən meşə tərəfə getməsini deyirdilər. Qadının odun, göbələk yığmağa getməsi də bəzi ağzıgöyçəklər arasında söz-söhbətə çevrilməkdə idi.

Bir gün yaşlı qadınlar yenə də toplaşmışdılar. Söz-söhbətləri qurtarmış halda yenə də Sənəmdən, onun xoşagəlməz hərəkətlərindən bəhs etməkdə idilər:

- Ağəz, xəbərin var da...

- Hə...Kürəkəni buraxıb, hakimlə başlayıb...

- Bu qadın bəladı da...

Başqa birisi qımışaraq dilləndi:

- Yox ey... Bu köhnə söhbətdi...İndi də notariusu tilova, qarmağa salıb. Onun

yanından əl çəkmir.

İnsan bəlkə də ən ağır anları həyat yoldaşını itirəndə hiss edir. Şamil də belə bir

vəziyyətdə idi. Nə qədər deyib-gülən, gümrah, baməzə bir adam olsa da, arvadının ölümündən sonra lap sarsılan kimi idi. Özünə gələ bilmirdi. Onu bir dəfə lap öz-özünə kövrəlib ağlayan görmüş,sürücü yoldaşları onu tənbeh etmişdilər.

- Utanmırsan da...

- Bir arvada görə kövrəlib ağlamağına bax da...

- Göz yaşlarını sil...

Şamil onlara acıqlı – acıqlı baxaraq dedi:

- Rədd olun... Siz haradan bilirsiniz ki, o mənə necə arvad, xanım idi...O mənə

sadəcə həyat yoldaşı yox, həm də arxa, qardaş idi...

- Yaxşı daha kövrəlmə

Xudbin bir adam kimi tanıdıqları Veyis dilləndi:

- Sən dedin, biz də inandıq...

Şamil onlardan uzaqlaşıb, maşınını silib-təmizləməyə, yağını, benzinini

yoxlamağa başladı. Hər şey qaydasında idi... Ancaq heç işləməyə əvvəlki kimi həvəsi yox idi. Bu səbəbdən də təqaüdə tez çıxdı...

Yaxşı deyirlər ki, vaxt, zaman hər bir yaranı qaysaqlandırır, sağaldır...

Günlər, aylar, illər keçdikcə Şamil də özünə gələn kimi oldu. İndi azçox yenə də deyib-gülür, həyat nəşəsi özünə qayıdan kimi idi. Hətta arada evlənmək həvəsinə düşdü. Notarusun yanında olanda dedi:

- Elə adama qulaq yoldaşı bu yaşda lazımdı. Evlənərəm ey, bir fərlisini tapa

bilmirəm...

Elə bu an Səkinə içəri girdi. Özünə əl gəzdirən kimi idi. Yenə də səliqə-səhmanlı,

tumarlı...Notarius ona əyləşmək üçün yer göstərəndən sonra, Şamilə göz elədi:

- "Evlənmək istəmirdin...Bundan yaxşısını tapacaqsan?..”

Şamil imkan düşmüşkən dərhal fikrini bildirdi ona:

- Səkinə...

- ...

- Səninlə deyiləm?...

- ...

- Eşitmirsən məni?..

Qadın narazı halda sözün dedi:

- Yaxşı, nə demək istəyirsən...Sözünü de...

Şamilin dili topuq vurdu. Sanki yeniyetmə bir oğlan idi:

- İstəsən...

- ...

- Mən də daha təkəm...

- ...

- Gəl alım da səni...

Qadın o an sərt sifətini göstərdi: Sanki elə əsil mənada dişi canavar idi:

- Ə, ağlını-başına yığ!.. Sənin başına bir oyun açaram ki, adın yadından çıxar!..

- ...

- Məni başsız görüb bu sözləri deyirsən?!.Əclaf!...Əntər!..

- ...

- Yaxşı!..Bayıra çıxaq gör sənin başına nə oyun açıram!

Doğrusu, bu söhbəti, münaqişəni notarius üçün də gözlənilməz oldu. Gözləməzdi

ki, Səkinə ona belə yox, sərt cavab verəcək. Doğru deyirlər ki, insanları tanımaq olmur. Şamil əsil mənada çıxılmaz bir vəziyyətə düşmüşdü. Hələ də öz –özünə gileylənməkdə idi:

- Yaxşı da...Qələt eləmədik ki, sənə bir söz dedik... Yaxşı, yu, təmizlə ... Təmiz gül

təki saxla... Sonra?..Axırda qarışqalar yeyəcək də...

Yaxşı ki, onun bu sözlərini Səkinə eşitmədi. Yoxsa ona od qoyardı. Hələ də küçədə gəçişməkdə, deyinməkdə idi:

- Əclaf köpəkoğlunun mənə dediklərinə bax ey!.. Mən bu yaşda ərə gedənəm!..

Nəvəm var, nənəyəm... Bu mənə evlənməyi təklif edir!..

Onun qırx, Şamilin 60 yaşı olardı...Aralarındakı yaş fərqi böyük olsa da, bir-

birilərinə bab görünürdülər. Ancaq qadın onun sözlərini, təklifini özü üçün təhqir hesab edib, hələ də sakitləşmək bilmirdi.

Şamil onun hələ də danışmaqda, gileylənməkdə olduğunu görüb, küçəyə çıxa bilmir, notariusun qarasına deyinirdi:

- Allah kömək olsun sizə... Məni başdan çıxartdız, ağzım qızışdı da...Mən ona söz

deyən idim...

- Təbii haldı da...Hər ikiniz dul...

- Bunu o çətin başa düşər...

- Elə doğurdan da əsil dişi canavardı...Nə diş qıcadı sənə...

- Deyirəm də, onunla çətindi...

- Bəs haqqında danışılan bu boş söz-söhbətlər nədi ey...

- Hər sözə fikir vermə...Təmiz qadındı o...

Səkinəni o gündən sonra bir daha görməsə də, onun xoş, həlim siması gözləri

önündən heç vaxt getmir. Doğurdan da gözəl qadınlar, qızlar bir qədər söz-söhbətli olur. Xüsusilə beləsi başsız, ailəsiz, dul ola... Bəzi nadanların, boşboğazların bu zaman əlinə girəvə düşür də... Onları bəzəyirlər ha...Lap özləri bildiyi, düşündükləri kimi...Halbuki bəzən bu iyrənc yolu özləri getsələr, hərəkət etsələr də... Təmizlik isə elə qızıl pul, briliyant kimidi...Nə qədər çirkab yaxılsa, deyilsə də, heç vaxt ləkə gətirən deyil.


5616 oxunub

InvestAZ