XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Qara bankomat kartı - Adil Misirli
HÜQUQ 11:51 / 28.01.2022

Axır ki, " gözlədiyim” an gəlib çatdı. Yaşa görə pensiyaya çıxdım. Çox uzatmadılar, 65 yaşım tamam olandan cəmi bir neçə gün sonra pensiya kartımı aldım. Qəribə hisslər keçirdim. Bunu sözlə ifadə etmək çox çətindir. Bilmədim kədərlənəm, yoxsa güləm, sevinəm. Qəribə hisslərin təsiri altında pensiya kartımı nəzərdən keçirdim. Birdən onun rəngi diqqətimi cəlb etdi. Nədənsə pensiya kartım qara rəngə boyanmışdı. Maraqlı burasıdır ki, kartda ad və soyadımın əvəzinə, böyük hərflə " Qara " sözü həkk olunmuşdu. Xeyli fikrə getdim. Sonda anladım ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənə ağ gün arzulamayıb. Heç yaşıma da hörmət etməyib. Nazirlik vurğulayıb ki, vətəndaş "rahat” yaşaya bilərsən, qara günlərin başladı. Nə deyim, mən də onlara bunun müqabilində deyə bilərəm ki, darıxmayın, gün gələr, sizin də qara günləriniz başlayar. Siz də mənim günümə düşərsiniz...



5111 oxunub

InvestAZ