XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Çavuşoğlu Paşinyanın Türkiyə səfərindən danışdı
DÜNYA 19:33 / 27.01.2022

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyi gözlənilir.

Yenisəs.az  Teleqraf.com-a istinadla  xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması davam edir.

Xüsusi nümayəndələrin Moskvada ilk görüşünü xatırladan Çavuşoğlu qeyd edib ki, onlar mütəmadi olaraq telefonla əlaqə saxlayırlar.

XİN rəhbəri vurğulayıb ki, fevraldan etibarən qarşılıqlı uçuşlar başlayacaq: "Antalya Diplomatiya Forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Rubin Rubinyan Antalta diplomatiya forumunda iştirak edəcəklər. Ermənistanın Baş naziri Nikol Paşinyan da gələcəyini deyib. Gəlsələr, məmnun olarıq”.



3037 oxunub

InvestAZ