Durduğum yer quyu dibi Heç belə sükut olmayıb...
Sökülübdü göyün cibi -
Yağsa da , bulud olmayıb...
Donubdu sanki həyat da
Sükut qamarlayıb yeri...
Təklik - mənimçün həyatda -
Yonub, hamarlayıb yeri...
Susub Allahın daşı da
O da ,ağzına su alıb...
Görüb çatılan qaşı da-
Kirpik dibinə su salıb...
Ölçüsü, çəkisi itib
Bilinmir dadı, tamı da...
Bu sükut ortada bitib -
Şübhə yaradıb hamı da!
... Məkanım, halım can sıxan,
Sükut da fərqli bir kədər...
Sükutu əlinə yığan -
Uyma ilğıma , bu qədər!
3996 oxunub