Sığınmışam bir küncə
Ovcumda son nəfəsim...
Ürəyimi də dincə -
Qoymağa yox həvəsim...
Xəyalımdakı sənlə,
Gözümdəki şəkilin...
Bir də ki, xatirələr -
Sənin sadiq vəkilin...
Ürəyimə söykənib,
Sol divarı cızıram...
Barmaqlarım öyrənib -
"Ürək" şözün yazıram...
...Sığındığım küncdə də
Gördüm boş deyil yanım...
Gəlmisən təbəssümlə -
Getmə ! - de , mən də qalım !...
4574 oxunub