XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Müəllimi döyən şəxs saxlanıldı - RƏSMİ
KRİMİNAL 12:57 / 25.01.2022

Daxili İşlər Nazirliyi dünən sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşıma münasibət bildirib.

DİN Mətbuat Xidmətindən  Yenisəs.az-a bildirilib ki, həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.

"Fakt üzrə Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən CM-in 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir",-deyə məlumatda bildirilir.


3470 oxunub

InvestAZ