XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



DÖRD YOL AYRICININ ŞERİ -Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 08:17 / 25.01.2022

Başımın altına ümidi qoydum,
Dilimin altına batan səsimi...
Mən indi özümdən xoşbəxt görürəm -
Sənin yaddaşında yatan səsimi!..
Yerlə göy arasın ölçüb baxıram,
Xatirə danışan... xatırladan var...
Deməli əvvələm, həm də axıram -
Deməli gün çıxır, həm də yağır qar...
Təsəlli ummağın faydası da yox -
Yarılıb, tay sinəm , səngər sayağı...
Mənim həsrətimin gözü toxdu, tox -
Yığışıb özünə əli, ayağı...
...İndi baş altında üşüyən ümid,
Dil altda tərləyən səsdən üşənir...
Bir anlıq sən məni ovudub, kirit -
Ayağın altına adam döşənir...

4022 oxunub

InvestAZ