XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Bu gün Ağdama iki avtobus reysi təşkil olunub - Biletlər artıq satışda
MƏMLƏKƏT 08:24 / 24.01.2022

Bu  gün  Ağdam şəhərinə iki avtobus reysi təşkil olunub.

Yenisəs.az  bildirir   ki, avtobus reyslərinə biletlər artıq satışa çıxarılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri "Yolumuz Qarabağa” portalından əldə etmək olar. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala bilərlər.


8934 oxunub

InvestAZ