XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Maşın qaçıran şəxs aeroportda tutuldu
KRİMİNAL 17:12 / 22.01.2022

Paytaxtda  avtomobil oğurlayan şəxs Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə yanvarın 21-də saat 23 radələrində M. Həsənov küçəsindən "Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S. Abbasov qısa müddətdə Beynəlxalq Hava Limanı ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


4877 oxunub

InvestAZ