krayna Prezidenti Vladimir Zelenskinin dostu olmayacağam.
Yenisəs.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko deyib.
"Birlik haqqında danışırıqsa, ilk olaraq birlikdən yanayam. Mən dəqiq Zelenskinin dostu olmayacağam. Onun nə etdiyini dəqiq bilirəm. Lakin bu gün çağırış edirəm: Biz real təhlükə qarşısında birləşməliyik. Təhlükənin düzgün qiymətləndirilməməsi də cinayətdir”, - deyə Poroşenko bildirib.