Əbülfət MƏDƏTOĞLU : - TİTRƏYİR...
Yorulub oturmuşam Dizim yerdə titrəyir...
Ağır yük götürmüşəm -
İzim yerdə titrəyir...
Ümid kül, gah qor olur
Yaşamaq lap zor olur...
Göyə baxıb yorulur -
Gözüm yerdə titrəyir!
Həsrət qəlbi deşibdi,
Dil ağızda şişibdi...
Havadaydı, düşübdü -
Sözüm yerdə titrəyir!..
Şeh düşüb yarpaq üstə ,
Dayan, dön yar, bax üstə!
Qoymuşam torpaq üstə -
Üzüm yerdə titrəyi!
5947 oxunub